“Beşiktaş” klubunun baş məşqçisi Sergen Yalçın koronavirusa qalib gəlib.
Bu barədə “Beşiktaş” klubu rəsmi məlumat yayıb.
Futbol mütəxəssisinin son testinin nəticəsi mənfi çıxıb.
Qeyd edək ki, S. Yalçında sentyabrın 12-də koronavirus aşkarlanmışdı.
O, “Beşiktaş”ın Türkiyə Super Liqasında “Trabzanspor”a və “Antalyaspor”a qarşı keçirdiyi oyunlarda iştirak edə bilməmişdi.
Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.