Prezident: “Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Prezident: “Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”
27 Sent 2020 12:53


Ermənistanın planı bu təxribatı törədərək Azərbaycan torpaqlarını işğal etməkdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğal ilə hədələməyə çalışırdı. Bu gün Ermənistan Hərbi siyasi rəhbərliyinin məqsədi budur.

Bu sözləri Prezident İlham Əliyev xalqa müraciət edərkən deyib.

Ölkə başçısı bildirib ki, Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi təxribatın digər səbəbi Ermənistanın çox ciddi iqtisadi-sosial məsələlərdir:

“Onlar ölkə əhalisinin diqqətini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Digər səbəb isə Ermənistan cəhd edir ki, danışıqlar prosesi pozulsun. Mən deyə bilərəm ki, onlar buna nail olub. Riyakar, qeyri-konstruktiv və yalançı siyasətləri nəticəsində hazırda danışıqlar dayanıb. Növbəti təxribatın törədilməsi də budur. İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi və öz ərazi bütövlüyünü qorudu. Ordumuz bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq. Əfsuslar olsun ki, bu Ermənistana dərs olmadı.

Onlar avqust ayında yeni təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdi. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır. Hazırda onun ifadələri də göstərir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlib.  Terror aktları mülki əhali və hərbçilərimizə qarşı yönəlmişdir",-deyə Prezident əlavə edib. 

Dövlət başçısı söyləyib ki, Ermənistan tərəfi növbəti təxribatı isə bu gün törədilib.

"Onlar bu dəfə də layiqli cavablarını alıblar və alacaqlar”.

24 Apr 2024
Siyasət

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”

“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”.

24 Apr 2024
Siyasət

Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”

“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.

24 Apr 2024
Siyasət

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.