Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı açıqlamalar verib.
“Sabah” xəbər verir ki, o, Ermənistana dərhal hücumları dayandırmaları barədə xəbərdarlıq edib.
“Azərbaycanlı qardaşlarımızın öz torpaqlarını müdafiə etməsini dəstəkləyirik. Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdlu əsgərləri, terroristləri geri göndərməlidir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır. Beləcə atəşkəs, sülh və sabitlik təmin edilməlidir”, - deyə o vurğulayıb.
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.
Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.