Umud Mirzəyev: “Bu qələbəni böyük bir atəşfəşanlıqla qeyd edəcəyik”

Umud Mirzəyev: “Bu qələbəni böyük bir atəşfəşanlıqla qeyd edəcəyik”
28 Sent 2020 16:19


Kəndimizin 40 faizi işğal altında idi. Nəhayət, onun da azad olunması xəbəri bizi sevindirdi. Arzum budur ki, tezliklə işğal altında olan bütün kəndlərimiz, torpaqlarımız işğaldan azad olunsun.

Bu sözləri realpress.az-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi əks hücum nəticəsində işğaldan azad olunan torpaqlarımızla bağlı fikirlərini bölüşərkən deyib.

Füzuli rayonunun Aşağı Abdürrəhmanlı kəndindən olan Umud Mirzəyev bildirib ki, uzun illərdən sonra ata-baba yurdumuzun, kəndimizin işğaldan azad olunması məni sevindirir:

“Bu tək bizim yox, bütün xalqımızın qələbəsidir, sevincidir. Bizim kəndimiz 1993-cü il avqust ayının 17-dən etibarən işğal altındadır. İşğal olunan kəndimizdə ermənilər tərəfindən vandalizm aktları törədilib. Demək olar ki, daş üstündə daş qoymayıblar- yaşayış üçün zəruri olan hər şey talanıb. Apara bilmədikləri hər şeyi məhv edib, yandırıblar. Qəbirlər dağıdılıb, qəbirdaşlarının üzərindəki fotoların gözləri oyulub. Təbii ki, doğma kəndimizin işğaldan azad olunması qürurvericidir. Ümid edirəm ki, yaxın günlərdə Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın, Qubadlının, Laçının, Kəlbəcərin, Ağdamın bütövlükdə Dağlıq Qarabağın işğaldan azad olunması xəbəri ilə xalqımızı sevindirəcək”.

U.Mirzəyev onu da əlavə edib ki, atasının məzarı dədə-baba yurdundadır:

“Mən hər ay rayonumuza gedirdim. İşğal altında olan kəndlərə yaxın ərazilər təhlükəli olsa da atam dünyasını dəyişərkən kənddə dəfn olunmasını vəsiət etdi. Biz atamın vəsiətinə uyğun olaraq onu kənddə erməni snayperindən 150 metr məsafədə dəfn etdik. Biz kəndimizdə 17 su quyusunu bərpa etmişik və kənd əhalisinin su təminatını təmin etməyə başlamışıq. İnşallah bundan sonra kəndimizə təhlükə olmadan gedəcəyik. Bu qələbəni böyük bir atəşfəşanlıqla, əzizlərimizlə birlikdə elə kəndimizdə qeyd edəcəyik”.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.