Qarabağa muzdluları cəlb etmə barədə İrəvanın ittihamlarına Bakıdan CAVAB

Qarabağa muzdluları cəlb etmə barədə İrəvanın ittihamlarına Bakıdan CAVAB
29 Sent 2020 09:47


İrəvanın Bakının muzdluları cəlb etməsi ilə bağlı ittihamları əsassızdır.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə bildirib.

“Azərbaycan tərəfindən muzdluların cəlb edilməsi ilə bağlı Ermənistanın ittihamları tamamilə əsassızdır. Eyni zamanda bildiririk ki, Ermənistanın İraqdakı səfiri, Ermənistanın İdlib şəhərindəki baş konsulu muzdluların Ermənistan tərəfinə cəlb etməkdə kifayət qədər fəal olub”, - deyə o bildirib.

Azərbaycanın Xarici İşlər naziri Türkiyənin Ermənistanla münaqişəyə müdaxiləsinin olması ilə bağlı iddiaya münasibət bildirib:

“Türkiyənin heç bir müdaxiləsi yoxdur. Söhbət Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıqdan gedirsə, o zaman deməliyəm ki, Azərbaycan bir sıra ölkələrlə, hətta daha çox Rusiya ilə hərbi-texniki əməkdaşlıq edir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi silahlara baxsanız əksəriyyətinin Rusiyanın olduğunu görərsiniz”, - deyə o bildirib.

Ceyhun Bayramov Türkiyə ilə mütəmadi olan birgə təlimlərin planlı xarakter daşıdığını və konkret bir ölkəyə qarşı yönəlmədiyini bəyan edib.

“Ötən il Azərbaycan ərazisində 10-dan çox belə təlim olub. Əsas məqsəd döyüş hazırlığını artırmaqdır. Ancaq Azərbaycanın digər ölkələrlə keçirdiyi hərbi təlimləri müəyyən bir ölkəyə qarşı yönəlməyib”, - deyə o vurğulayıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.