İlham Əliyev: “Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı iddialar “fake news”dur”

İlham Əliyev: “Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı iddialar “fake news”dur”
30 Sent 2020 09:41


Türkiyənin regiondakı rolu sabitləşdirici xarakter daşıyır. Türkiyə bizim müttəfiqimiz və qardaş ölkəmizdir.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 1” kanalına eksklüziv müsahibəsində bildirib.

Prezident qeyd edib ki, Türkiyə Ermənistanın hücumundan dərhal sonra həm dövlət başçısı, həm də digər rəhbər səviyyələrdə Azərbaycana və beynəlxalq hüquqa dəstəyini bildirdi: “Çünki Ermənistan artıq 30 ildir Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ pozur. Türkiyə bizə ancaq mənəvi dəstək göstərir və biz buna görə Türkiyə prezidentinə və türk xalqına minnətdarıq. Başqa heç cür Türkiyə bu münaqişədə iştirak etmir və erməni tərəfinin Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı yaydığı şayiələr təxribat xarakteri daşıyır. Bu, “fake news”dur. Türkiyənin münaqişədə iştirakı ilə bağlı bir dənə də dəlil yoxdur və buna heç ehtiyac da yoxdur. Azərbaycan ordusu öz xalqını və ərazisini müdafiə etməyə tam hazırdır”.

Ermənistan tərəfinin iddia etdiyi Ermənistan hərbi hava qüvvələrinə məxsus “Su-25” döyüş təyyarəsinin Türkiyəyə məxsus “F-16” təyyarələri tərəfindən vurulması xəbərini şərh edən ölkə başçısı qeyd etdi ki, Türkiyənin Hərbi Hava Qüvvələri və “F-16” qırıcıları münaqişədə iştirak etmir və bu xəbər heç bir dəlillə təsdiq olunmur: “Müasir texnologiyaların inkişafını nəzərə alaraq belə bir halı gizlətmək mümkün deyil. Buna görə də bu xəbəri asanlıqla yoxlayıb təxribat olduğunu aydınlaşdırmaq olar. Ermənistan tərəfinin məqsədi bizə aydındır. İlk növbədə onlar Azərbaycan ordusunun işğal olunmuş ərazilərini azad edərkən qazandığı nailiyyətləri kölgələmək istəyirlər. Həmçinin Ermənistan tərəfi münaqişənin genişlənməsi və üçüncü ölkələrin buna qoşulmasını iddia etməklə daha çox tərəfləri münaqişəyə cəlb etmək istəyir və öz təxribatına haqq qazandırmağa çalışır. Sizə tam məsuliyyətlə deyirəm ki, Türkiyə münaqişə tərəfi deyil, döyüşlərdə iştirak etmir və buna da ehtiyac yoxdur”.

23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.