Ordumuzun Füzuli istiqamətində uğurlu əməliyyatı nəticəsində düşmənin atıb qaçdığı texnikaları ilk dəfə görüntülənib.
REAL TV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı bildirib ki, onlar “UAZ” və “URAL” markalı yük və piyada daşımaq üçün istifadə edilən maşınlardır.
Qeyd edək ki, bu gecə Azərbaycan Ordusu Füzuli istiqamətində növbəti uğurlu əks-hücum əməliyyatı həyata keçirib.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.