Ermənilər cəbhə bölgəsində yanğın törədiblər

Ermənilər cəbhə bölgəsində yanğın törədiblər
30 Sent 2020 15:23


Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərdə dağıntı və yanğınlar baş verir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 29-da Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində yerləşən və "Azərişıq" ASC-yə məxsus transformatorda yanğın başlayıb. 

Lakin Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində transformatorun qoruyucu açarı və giriş-çıxış kabeli 15 metr yansa da transformatorun özü yanğından mühafizə olunub. Bundan başqa, ötən gecə Ağdam rayonu, Əhmədağalı kəndində düşmən mərmisinin düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın baş verib, operativ müdaxilə sayəsində obyektin bir hissəsi və bitişik ev yanğından mühafizə olunub. Ağdam rayonu, Baharlı-1 qəsəbəsində yerləşən, vətəndaşa məxsus təsərrüfat obyektində də baş vermiş yanğın söndürülüb, obyektin bir hissəsi yanğından mühafizə olunub.

Həmçinin, ötən axşam və gecə saatlarında Ağdam rayonunun Əhmədağalı, Çəmənli, Sarıcalı kəndlərində fərdi yaşayış evləri və təsərrüfat obyektlərində, Tərtər rayonu, Əskipara kəndində təsərrüfat obyektlərində yanğınlar baş verib. Qeyd olunan ərazilər düşmən tərəfindən intensiv atəşə məruz qaldığından yanğınlara müdaxilə etmək mümkün olmayıb.

Ağdam rayonu, Baharlı-1 qəsəbəsində isə mərmi atılması nəticəsində evdə dağıntı olsa da yanğın baş verməyib.

Qeyd olunub ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.