Ermənilərin daha bir texnikası ələ keçirilib.
cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Ordusu qarşısında geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar.
Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir texnikasını – “URAL” markalı hərbi maşınını qənimət olaraq ələ keçirib.
Maşının içində erməni əsgərinə məxsus papaq aşkar edilib. Texnika işlək vəziyyətdədir.
Qeyd edək ki, daha əvvəl düşmənin 1 “URAL” və 1 “UAZ” markalı hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.