Yaxın Şərqdən gələn muzdlu terrorçular Ermənistanın dadına çatmayacaq - ŞƏRH

Yaxın Şərqdən gələn muzdlu terrorçular Ermənistanın dadına çatmayacaq - ŞƏRH
01 Okt 2020 15:25


Ötən günlərdə Ermənistanın məskunlaşma üzrə əyalət departamentinin sədri Robert Matevosyan yerli mediaya “maraqlı” açıqlama verib.

O deyib ki, cəbhəboyu gedən döyüşlərdə erməni əsgərlərinə kömək üçün artıq ikinci qrup dəstək göndərilib. Separatçı rejiminin nümayəndəsi Azərbaycanın işğal altındakı rayonu olan Laçından erməni əsgərlərinə köməyə gələn 100-nəfərdən çox könüllülərin içərisində suriya ermənilərinin olduğunu qeyd edib.

Bütün bunlar Ermənistanın son aylar ərzində ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində baş verib. Bəli, separatçı rejim xarici muzdluları işğal altında olan ərazilərə “könüllü döyüşçü dəstələri” adı altında gətirib. Məqsəd isə terrorçu və muzdlu dəstələri Azərbaycana qarşı təxribatlarında istifadə etməkdir. Belə baxanda təəccübləndik mi? Xeyr, çünki terrorçuluq Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir.

Bütün bunlardan görünən odur ki, bizim ermənilərlə informasiya savaşına girməyimizə belə ehtiyac yoxdur. Özləri öz çıxışları ilə öz yalanlarını ifşa edirlər. Belə ki, Ermənistan rəsmi olaraq Suriyadan, başqa ölkələrdən münaqişə zonasına xarici qüvvələrin, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib. Bu da onu göstərir ki, Ermənilər hələ Azərbaycan Ordusunun qarşısında dayana biləcək nə cəsarətə, nə də hərbi gücə malik deyillər.

Açıq şəkildə terrorçuların gücündən Azərbaycana qarşı döyüşlərdə istifadə edən ermənilər utanmazcasına qardaş ölkə Türkiyənin Ermənistanla münaqişədə Azərbaycan ordusuna hərbi dəstək verdiyinə dair iddialar səsləndirib. Bütün bunlar heç bir əsası olmayan, böhtan xarakterli açıqlamalardır.

Ermənistanın təxribat xarakterli hücumundan dərhal sonra Türkiyə Azərbaycana və beynəlxalq hüquqa dəstək olduğunu bildirib. Bununla bağlı məsələyə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 1” kanalına eksklüziv müsahibəsində də toxunub. Ölkə başçısı bir daha diqqətə çatdırıb ki, Ermənistan -Azərbaycan münaqişəsində qardaş ölkə Türkiyə bizə ancaq mənəvi dəstək göstərir:

“Ermənistan artıq 30 ildir Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ pozur. Türkiyə bizə ancaq mənəvi dəstək göstərir və biz buna görə Türkiyə prezidentinə və türk xalqına minnətdarıq. Başqa heç cür Türkiyə bu münaqişədə iştirak etmir və erməni tərəfinin Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı yaydığı şayiələr təxribat xarakteri daşıyır. Bu, “fake news”dur. Türkiyənin münaqişədə iştirakı ilə bağlı bir dənə də dəlil yoxdur və buna heç ehtiyac da yoxdur. Azərbaycan ordusu öz xalqını və ərazisini müdafiə etməyə tam hazırdır”.

Ermənistan tərəfinin daha bir iddiası isə Ermənistan hərbi hava qüvvələrinə məxsus “Su-25” döyüş təyyarəsinin Türkiyəyə məxsus “F-16” təyyarələri tərəfindən vurulması idi. Ölkə başçısı separatçı rejiminin bu cür “fake news” xəbərinə də faktlarla cavab verib:

“Türkiyənin Hərbi Hava Qüvvələri və “F-16” qırıcıları münaqişədə iştirak etmir və bu xəbər heç bir dəlillə təsdiq olunmur. Müasir texnologiyaların inkişafını nəzərə alaraq belə bir halı gizlətmək mümkün deyil. Buna görə də bu xəbəri asanlıqla yoxlayıb təxribat olduğunu aydınlaşdırmaq olar. Ermənistan tərəfinin məqsədi bizə aydındır. İlk növbədə onlar Azərbaycan ordusunun işğal olunmuş ərazilərini azad edərkən qazandığı nailiyyətləri kölgələmək istəyirlər. Həmçinin Ermənistan tərəfi münaqişənin genişlənməsi və üçüncü ölkələrin buna qoşulmasını iddia etməklə daha çox tərəfləri münaqişəyə cəlb etmək istəyir və öz təxribatına haqq qazandırmağa çalışır. Sizə tam məsuliyyətlə deyirəm ki, Türkiyə münaqişə tərəfi deyil, döyüşlərdə iştirak etmir və buna da ehtiyac yoxdur”.

Son günlərdə bəzi xarici mətbuatda Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı yalan məlumatlar yayılıb. Bu birmənalı olaraq iftira dolu qarayaxma kampaniyasıdır.

Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur.

Bunun əksinə olaraq, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir.

İllərdən bəri ağır demoqrafik böhran yaşayan və bunun nəticəsində silahlı qüvvələrini komplektləşdirmək iqtidarında olmayan Ermənistandan fərqli olaraq, Azərbaycanın tam komplektləşdirilmiş silahlı qüvvələri mövcuddur və bu silahlı qüvvələr qarşıya qoyulan məqsədə nail olmaq üçün hər hansı bir kənar qüvvəyə, xüsusilə də qeyri-nizami qruplaşmalara ehtiyac duymayacaq qədər peşəkar və güclüdür. Azərbaycan Ordusunun öz beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.

Hər kəs bilməlidir ki, Azərbaycan Ordusunun ək-hücum əməliyyatlarının məqsədi öz əhalisini, əzəli-əbədi torpaqlarını müdafiə etməkdir. Davam edən şiddətli döyüşlər və bu döyüşlər nəticəsində Azərbaycan ordusu işğal altında olan bir neçə yaşayış məntəqəsini, müxtəlif istiqamətlərdə strateji yüksəklikləri işğaldan azad edib. Hazırda da aktiv döyüşlər davam edir və Ermənistan bilsin ki, onlar Azərbaycan torpaqlarından çıxmayınca Qarabağ məsələsi öz həllini tapmayacaq.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.