Müharibə Ermənistan iqtisadiyyatını sıfırlayıb - FOTO

Müharibə Ermənistan iqtisadiyyatını sıfırlayıb - FOTO
01 Okt 2020 15:34


Ermənistanda iqtisadiyyat böhran içərisindədir. Bunu ölkənin mütəxəssisləri və ekspertləri də təsdiq edir. Belə ki, ölkənin həm COVID-19-la bağlı yaranmış yaranmış vəziyyətə nəzarəti əldən verməsi, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış situasiya ölkə iqtisadiyyatında və biznesdə çətinliklər yaradıb. Bu iki proses fonunda Ermənistan iqtisadiyyatına ağır zərbə dəyib. Belə davam etdiyi təqdirdə ölkənin iqtisadi qaynaqlarında dərin problemlərin yaranması qaçınılmazdır. 

Pandemiya ilə əlaqədar 2020-ci ildə Ermənistanda bir minlərlə şəxs iş yerlərini itiriblər. Eyni zamanda, ölkə rəhbərliyi pandemiya ilə mübarizəyə adaptasiya ola bilmədi və bununla əlaqədar ölkə son 10 ilin ən ağır iqtisadi böhranını yaşayır. Bu statistik rəqəmlərdə də öz əksini tapıb.
Ölkədə 2020-ci ilin II rübündə ÜDM 13,7 faiz azalıb. İl ərzində ölkə ən dərin böhran aprel ayı ərzində yaşanıb. 

Ümumiyyətlə, 2019-cu ilin əvvəlindən bəri ölkədə kənd təsərrüfatının aylıq statistikasının verilişi dayandırılıb. Hətta, daha sonra müvafiq nazirlik də fəaliyyətini dayandırıb.
Sənayədən digər sektorlara qədər bir çox sahədə dərin tənəzzül müşahidə olunur. Xarici ticarət dövriyyəsində də azalmalar mövcuddur. Bir çox mütəxəssislərin rəyinə görə, ilin sonuna qədər canlanma sual altında idi. Digər tərəfdən, Ermənistanın işğalçılıq siyasəti yürütməsi və işğal etdiyi Azərbaycan ərazilərinə hərbi qüvvə cəlb etməsi də istehsal bazarını başsız qoyub. Ermənistan mütəxəssilərinin fikrincə, onsuz da ticarətin böhran içərisində olduğu heç kimə sirr deyildi, buna əlavə olaraq, pandemiyanın təsiri ilə və ölkənin işğalçılıq siyasəti ilə əlaqədar yaranmış Dağlıq Qarabağ münaqişə ilə bağlı Ermənistanın ticarət dövriyyəsi kəskin formada aşağı düşüb. Bu da ticarətlə məşğul olan biznesmənlər arasında panika yaradıb. Bir çox şirkət bağlanıb, daha çoxu isə ixtisara gedib. 

Ermənistanın təxribatı nəticəsində 27 sentyabr tarixindən Dağlıq Qarabağda döyüşlərin alovlanmasından sonra vəziyyət daha da ağırlaşıb. Ölkənin Sahibkarlar Birliyinin rəhbəri Vaqram Mirakyan bildirib ki, hətta, pandemiyanın ən ağır dövründə belə iqtisadiyyat belə çətin vəziyyətlə qarşılaşmayıb. Onun fikrincə, gərgin keçən son 3 gün bütün ticari obyeklərdə işin sıfırlanması üçün kifayət edib. 
Hazırda Ermənistanda istehlak prosesində ən populyar məhsullar isə düyü, çörək və qarabaşaq yarmasıdır. İstehsal prosesi Ermənistanda sırf bu tələbə əsasən tənzimlənir və bu da istehsal sferalarının daralması deməkdir. 

Ermənistan mətbuatında bildirilir ki, bir çox şirkətin əsas içşi qüvvələri çağırış vərəqəsi alaraq münaqişə zonalarına cəlb edilir. Kadrları isə tezliklə əvəz etmək mümkün görünmür. Bu da müəssisələri fəaliyyətsiz qoyaraq fasiləsiz iş fəaliyyətinə və dövriyyəyə təsir edir. Belə olduğu halda Ermənistanda tələb və təklif arasında ciddi uçurum yaranır. 

Bu proses vergidən büdcəyə daxilolmalara da təsir edir, çünki, yüksək məbləğdə dövlətə vergi ödəyən şirkətlərin kadrları səfərbərliyə cəlb edilir, bu da şirkətlərin bağlanmasına belə səbəb ola bilir. 

Ermənistanın İstehlakçılar Birliyinin üzvü Babken Pipoyan bildirir ki, müharibə şəraitində hər şey ölkədə arxa plana keçir. Onun sözlərinə görə, mövcud vəziyyətdə cəbhədə əlində silah tutan əsgər hər şeydən əvvəl istehlakçıdır, daha öncə isə o, bisnesmen, iş sahibi və təsərrüfatçı və s. idi. Mövcud vəziyyətdə iqtisadi böhran qaçınılmazdır və ümumi səfərbərlik onsuz da tənəzzül yaşayan istehsalı tam məhv edəcək.  

Digər tərəfdən hərbi şəraitdə Ermənistanda bir çox sahibkarlar bu günlərdə Türkiyənin bölgədəki mövqeyi ilə bağlı ölkənin məhsullarından imtina etdiklərini bildiriblər. Lakin, vəziyyət o qədər də sadə deyil, ölkəyə daxil olan məhsullardan imtina edilməsi, bazardan yığışdırılması sahibkarların, həm də yerli biznesin tamamilə zərərinədir. Hətta, bəzi supermarketlər zənciri Türkiyədən gələn məhsulları rəflərdən yığışdırıb. 

“Vətənpərvərlik yaxşıdır, lakin, yemək hər kəsə lazımdır” – deyir, ermənistanlı sahibkar Vardan Babayan. O bildirib ki, bütün bu məhsullardan imtina edilməsinə Ermənistan iqtisadiyyatı tab gətirə bilməyəcək. Çünki, Ermənistan nəinki ərzaqı, demək olar ki, hər şeyi, geyim, mebel və məişət məhsullarını, avadanlıqlarını Türkiyədən idxal edir. Ölkəyə Çin məhsullarının ixracı isə baha başa gələcək və keyfiyyət məsələsinin də sual altında olduğu vurğulanır. 

Qeyd edək ki, Ermənistanda 80 min iş adamı fəaliyyət göstərir və onlardan 60 min sahibkar öz işini bazarlarda qurub. Bu bazarlarda istehlakçılara təqdim edilən məhsulların böyük bir hissəsi isə Türkiyə məhsullarının payına düşür. Bu da 60 min sahibkara külli miqdarda ziyanın dəyməsi deməkdir.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.