Xəbər verdiyimiz kimi cəbhə boyu ərazilərdə günlərdir davam edən döyüşlərdə Azərbaycan ordusu düşmənin xeyli sayda döyüş texnikası və canlı qüvvəsini məhv edib.
“Caliber” “YouTube” kanalı məhv edilən erməni hərbçilərin videogörüntülərini yayımlayıb.
Qeyd edək ki, “Caliber” “YouTube” kanalı həm Cənubi Qafqaz regionuna vurğu etməklə hərbi-siyasi və hərbi-texniki mövzularla maraqlanan geniş izləyici kütləsi, həm də bu sahədəki ekspert və mütəxəssislər üçün nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.