İstilik mövsümünə tez başlanılarsa nə baş verəcək?

İstilik mövsümünə tez başlanılarsa nə baş verəcək?
16 Okt 2020 17:23


İstilik mövsümünə tez başlanılarsa, müvafiq qurumlar hazırlıqlı olmalıdır. 

“Azəriqaz” İstehsalat Birliyindən (İB) verilən məlumatda qeyd olunub ki, bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyindən onlara göndərilən məlumatda qeyd olunub.

Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının respublika ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi 2 noyabr tarixinə qədər uzadılıb. Eyni zamanda son bir neçə gündə yoluxma hallarının artması nəticəsində regionlarda karantin rejiminin sərtləşdirilməsi tədbirləri görülür.

Məhdudiyyətlərin tətbiq olunması və müəyyən qadağaların sərtləşdiriləcəyi nəzərə alınarsa, vətəndaşların fərdi yaşayış evləri və mənzillərində daha çox olacağı qaçılmazdır. Ona görə də istilik mövsümünə daha tez başlanılmasına qərar verilərsə, əhalinin istilik təchizatında çətinliklərin yaranmaması üçün mövsümə hazırlıqla bağlı müvafiq tədbirlərin sürətləndirilməsinə zərurət yarana bilər.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev elə bu gün bu barədə müvafiq struktur bölmələrə tapşırıqlar verib. Belə ki, istilik mövsümünə tez başlanılacağı təqdirdə “Azəristiliktəchizat” ASC-nin balansında olan mərkəzləşdirilmiş qazanxanaları qazla təmin edən qaz xətlərinin saz vəziyyətdə olmasına nəzarət gücləndiriləcək, qarşılıqlı olaraq sifarişçi təşkilatla iş fəaliyyəti qurulacaq. Aşkarlanan qüsurlar isə dərhal aradan qaldırılacaq. Birlik öz öhdəsinə düşən işlərin vaxtında, operativ həllinə tam təminat verir.

23 Okt 2020
Cəmiyyət

Nazirlikdən Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANAT

Mədəniyyət Nazirliyi Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yayıb.

23 Okt 2020
Cəmiyyət

Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən məktəbdənkənar təhsil müəssisələri - SİYAHI

Düşmən tərəfindən işğal olunan torpaqlarımızda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Belə ki, Ağdam rayonunda beş, Cəbrayıl rayonunda beş, Füzuli rayonunda beş, Kəlbəcər rayonunda dörd, Laçın rayonunda beş, Qubadlı rayonunda beş, Şuşa rayonunda dörd, Xocavənd rayonunda iki, Zəngilan rayonunda isə beş məktəbdənkənar təhsil müəssisəsi yerləşib.

23 Okt 2020
Cəmiyyət

“Bakı Metropoliteni” növbəti açılış dövrünə hazırlaşır

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti  “Xocasən” elektrik deposunun tikinti işlərinin davam etdirilməsi ilə əlaqədar satınalmalar həyata keçirib.

23 Okt 2020
Cəmiyyət

Hikmət Hacıyevdən erməni lobbisini narahat edən fransız jurnalistin süjeti ilə bağlı paylaşım - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın TF1 televiziya kanalı ilə bağlı paylaşım edib.

23 Okt 2020
Cəmiyyət

Prezidentin köməkçisindən BMT TŞ-də Qarabağ müzakirələri ilə bağlı AÇIQLAMA

“25 illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabrda müzakirələr keçirilib”.