İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”

İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”
17 Okt 2020 08:07


“Bizim apardığımız hesablamalara görə, müharibə başlayan zamandan Ermənistan ordusuna iki milyard dollar ətrafında ziyan dəyib. Hazırda bu, davam edir”.

Bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, Ermənistanın büdcəsi, valyuta ehtiyatları məlumdur:

“Bu müharibə günlərində onların iki milyard dollarlıq silahları məhv edilibsə, hələ də bu silahlar var. Məhv edilən silahlar işğal olunmuş torpaqlardadır.

Ermənistan ərazisində silahlar var. Haradan aldılar bu silahları? Haradan bu pulu tapdılar? Təbii ki, onlarda bu pul yoxdur. Demək ki, pulsuz alıblar”.

“Mən Ermənistan rəhbərliyinə də müraciət etmişəm - atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın. Bu müharibə dayansın, siz də qalan silahlarınızı qoruyun. Yoxsa belə gedərsə, onların bütün silahlarını biz məhv edəcəyik” ,- deyə İ.Əliyev vurğulayıb.


25 Apr 2024
Siyasət

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

25 Apr 2024
Siyasət

Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi, tapşırıqlar verdi - FOTO/VİDEO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.

25 Apr 2024
Siyasət

Macarıstanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.

25 Apr 2024
Siyasət

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub

Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyada keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb.

25 Apr 2024
Siyasət

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib.