Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Azərbaycanın ikinci böyük şəhərində mülki şəxslər Ermənistanın raket hücumuna məruz qalırlar. Humanitar atəşkəsə dair vicdansız çağırışlar edənlər Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb”, - o bildirib.
Innocent civilians in the second biggest city of Azerbaijan are under the indiscriminate and targeted missile attack of Armenia. Unscrupulous calls for humanitarian ceasefire should see these war crimes of #Armenia. According to initial info more than 20 houses destroyed. pic.twitter.com/fznh82kqur
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.