Prezident: “Günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alacağıq”

Prezident: “Günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alacağıq”
17 Okt 2020 17:28


“Düşmən növbəti dəfə Gəncəni raket atəşinə tutub. Bu da ermənilərin faşist mövqeyini bir daha göstərir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, düşmənin raket zərbələri nəticəsində dinc əhali arasında ölən və yaralananlar var:

“Bu hücumlar nəticəsində iki minə yaxın ev dağılıb və ya ciddi ziyan dəyib. Bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz. Ermənistan rəhbərliyi cinayət törədir. Dinc əhaliyə əməliyyat raket kompleksləri ilə atəş açmaq ciddi cinayətdir və onlar buna görə məsuliyyət daşıyacaqlar.

Biz günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt dinc əhaliyə atəş açmayacağıq. Bizim öz amalımız var. Biz erməni deyilik”.


18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.