Azərbaycanın xarici ticarət dövriyyəsi 18,4 milyard dollar olub

Azərbaycanın xarici ticarət dövriyyəsi 18,4 milyard dollar olub
20 Okt 2020 12:03


Azərbaycanın yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsinin həcmi 18 milyard 403,27 milyon ABŞ dolları həcmində olub.

realpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, burada ixracın həcmi 10 milyard 579,82 milyon dollar, idxalın həcmi isə 7 milyard 823,45 milyon dollar olub.

Beləliklə, Azərbaycanın xarici ticarət saldosunda 2 milyard 756,37 milyon dollar dəyərində müsbət saldo yaranıb.

Bu dövr ərzində xarici ticarət dövriyyəsində 178 ölkə iştirak edib. Xarici fəaliyyət iştirakçısının sayı 37 min 189 nəfər olub. Onlardan 28 min 837 nəfəri fiziki şəxslər, 7 min 352 nəfəri isə hüquqi şəxslər olub.

Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 235-i dövlət, 7 min 117 nəfəri isə özəl sektorun nümayəndələri olub.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.