ABŞ-ın keçmiş prezidenti Barak Obama Pensilvaniya ştatında demokratlardan prezidentliyə namizəd Co Bayden üçün səsgücləndirici ilə səs istəyib.
“Haber Global” məlumat verir ki, Obama səkkiz il köməkçisi olmuş Co Baydeni dəstəkləməyə görə, Pensilvaniyadakı təbliğat kampaniyalarına qatılıb.
Səsgücləndirici ilə Baydenə səs istənən Obama ştatda zənci siyasətçilər və icma liderləri ilə də görüşlər keçirib.
Pensilvaniyanın ABŞ seçkilərində kritik ştatlardan biri olduğu bildirilir.
Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş verən hadisədən bir həftə keçir. İnsanlar terror qurbanlarını anmaq üçün hələ də “Crocus” yaxınlığına gül gətirirlər.
ABŞ Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üsyançılarına məxsus dörd pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Fransanın şimal-qərb bölgəsini vuran “Nelson” qasırğasından sonra Fransa Milli Dəmir Yolları Şirkəti həmin istiqamətdə qatarların hərəkətini dayandırıb.