Moskvada hökumət binasında bomba partlatmaq istəyən şəxs tutuldu

Moskvada hökumət binasında bomba partlatmaq istəyən şəxs tutuldu
23 Okt 2020 10:03


Rusiyanın Moskva vilayətində Federal Təhlükəsizlik Xidməti terror hücumunun qarşısını alıb.

“RİA Novosti” idarənin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, terror hadisəsi törətməyə cəhd edən Orta Asiya vətəndaşı tutulub.

1999-cu il təvəllüdlü həmin şəxs paytaxt bölgəsindəki hökumət binalarından birində özünün hazırladığı bombanı partlatmaq istəyib.

Ona beynəlxalq terror təşkilatlarının başçıları rəhbərlik edib.

Qeyd olunur ki, saxlanılan şəxs Rusiya Federasiyası ərazisini tərk edərək terrorçular tərəfində döyüşmək üçün Yaxın Şərqə getmək niyyətində olub. Təhlükəsizlik qüvvələri onun anbarında əldəqayırma partlayıcı qurğunun tərkib hissələrini, yaraqlılarla yazışmalarını, partlayıcı maddələrin hazırlanması təlimatını və terrorçuların liderlərinə verdiyi andın videosunu tapıblar.

Onun hücumu harada və nə vaxt planlaşdırdığı açıqlamır. İstintaq davam edir.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.

18 Apr 2024
Dünya

Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf

Antarktidada aparılan son tədqiqatlar zamanı NASA mütəxəssisləri Cənub Qütbündə getdikcə daha çox müəmmalı hadisələrlə qarşılaşırlar.