Bəzi Avropa ölkələrində koronavirusa görə Milad yarmarkası açılmayacaq

Bəzi Avropa ölkələrində koronavirusa görə Milad yarmarkası açılmayacaq
23 Okt 2020 10:09


Bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi COVİD-19 pandemiyasının ikinci dalğası səbəbindən ənənəvi Milad yarmarkalarını ləğv edib.

NSN xəbər verir ki, Fransanın Strasburqdakı ən populyar milli yarmarkalarından biri bu il açılmayacaq. Bununla yanaşı, yeni il ab-havası yaradılacaq və Kleber mərkəzi meydanında Milad ağacı quraşdırılacaq.

Almaniyanın paytaxtında da ənənəvi Milad tədbirlərindən imtina edilməsinə qərar verilib. İrlandiyada virusun yayılmasının qarşısını almaq üçün artıq bir sıra məhdudiyyətlər tətbiq edilib.

Şotlandiyada da Milad tətilində məhdudiyyətlər tətbiq olunacaq. Orada səhiyyə müşaviri Ceyson Litç həmyerlilərinə bu il koronavirus səbəbilə Milad bayramını onlayn keçirməyi tövsiyə edib.

19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.