Cənubi Koreyada 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra öldü

Cənubi Koreyada 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra öldü
23 Okt 2020 10:38


Cənubi Koreyada qripə qarşı peyvənd olunduqdan sonra ölənlərin sayı 32 nəfərə çatıb.

Bu barədə TASS ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, oktyabrın 16-dan sonra ölkədə 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra həyatını itirib. Həkimlərin dediyinə görə, onların bir çoxu ciddi xəstəliklərdən əziyyət çəkib.

Həmin şəxslərin metirlərindən alınan toxuma nümunələrinin müayinələri də daxil olmaqla, hər birinin dəqiq ölüm səbəbini müəyyənləşdirmək üçün araşdırmalar aparılır. Eyni zamanda, qeyd olunur ki, bir neçə milyon insan peyvənd edilib və onlardan heç birində əks təsir aşkarlanmayıb.

Ölüm faktlarına baxmayaraq, peyvəndləmə prosesinin dayandırılmayacağı bildirilib.

23 Apr 2024
Dünya

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

23 Apr 2024
Dünya

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.