Mikayıl Cabbarov İran rəsmisi ilə Xudafərini müzakirə etdi - FOTO

Mikayıl Cabbarov İran rəsmisi ilə Xudafərini müzakirə etdi - FOTO
23 Okt 2020 11:36


İqtisadiyyat naziri Mikayıl Cabbarov İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, uğurlar arzulayıb.

Vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. Son yeddi ildə dövlət başçıları arasında 13 yüksək səviyyəli görüş keçirilib və mühüm qərarlar qəbul edilib.

Bildirilib ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlıq inkişaf edir, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artır, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur.

Mikayıl Cabbarov Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti və son təxribatları, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib, İranın münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinə hörmət çərçivəsində həllinə dəstək verdiyini vurğulayıb.

Səfir Seyid Abbas Musəvi İranın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü tam dəstəklədiyini, hər cür separatizmi pislədiyini vurğulayıb.

İran səfiri ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində maraqlı olduğunu, həmçinin Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin birgə icrasının iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirəcəyini diqqətə çatdırıb.

Görüşdə sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, investisiya, kiçik və orta sahibkarlıq, ticarət, turizm və s. sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.