Azərbaycanlı deputatlar Moldovada prezident seçkilərini müşahidə edəcəklər

Azərbaycanlı deputatlar Moldovada prezident seçkilərini müşahidə edəcəklər
28 Okt 2020 11:48


Azərbaycandan olan bir qrup deputat Moldovada prezident seçkilərini müşahidə edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, Milli Məclisin bir qrup deputatı Moldovada noyabrın 1-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 29-da ölkənin paytaxtı Kişinyov şəhərinə səfər edəcək.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi (MDB)  Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində, millət vəkili Ramin Məmmədov isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.

Azərbaycanlı deputatlar müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişini izləyəcəklər.

Səfər noyabrın 3-də başa çatacaq.


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.