Gənclər Bərdəyə raket hücumu ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

Gənclər Bərdəyə raket hücumu ilə bağlı dünya ictimaiyyətinə müraciət edib
28 Okt 2020 12:28


Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tələbələr və Məzunlar Platforması Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində dinc əhalinin, o cümlədən 7 yaşlı Aysunun qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlayıblar. 

Müraciətlərdə Ermənistan ordusunun bu ölkənin siyasi-hərbi rəhbərliyinin birbaşa göstərişi ilə Bərdə şəhərini “Smerç” sistemindən raket atəşinə tutması nəticəsində dörd mülki şəxsin, o cümlədən, yeddi yaşlı Aysunun qətlə yetirilməsi və 13 nəfər şəxsin ağır yaralanması pislənilir. 

Bildirilir ki, Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə razılaşdırılmış atəşkəsi ölkəmizin cəbhədən kənar yerləşən şəhərlərini raket atəşinə tutaraq, günahsız şəxsləri, o cümlədən, uşaqları qətlə yetirməklə pozması ənənə halını alıb.

Qeyd edilib ki, ilk iki atəşkəs razılaşmasının Ermənistan tərəfindən pozulması Gəncəyə ballistik raketlə vurulan zərbələr nəticəsində onlarla dinc insanın, o cümlədən, qadın və uşaqların  qətlə yetirilməsi və yaralanması ilə nəticələnib.

Bərdəyə hücumun isə bu sırada üçüncü belə atəşkəs pozulması olduğu diqqətə çatdırılıb, bu hücumların Ermənistan rəhbərliyinin çirkin və insanlıq qanunlarından uzaq mahiyyətini, bu dövlətin beynəlxalq razılaşmalara, beynəlxalq hüquqa etinasızlığını bir daha ortaya qoyduğu vurğulanıb.

Müraciətlərin sonunda dünya ictimaiyyəti Ermənistanı bu terror hərəkətlərinə görə qəti şəkildə pisləməyə, törətdiyi müharibə cinayətlərinə görə bu ölkəni məsuliyyətə cəlb etməyə, eləcə də, bölgədə sülhün bərqərar edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırılır.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.