Aprel və Tovuz döyüşlərinin iştirakçısı olan baş leytenant Vətən Müharibəsində şəhid oldu - VİDEOREPORTAJ

Aprel və Tovuz döyüşlərinin iştirakçısı olan baş leytenant Vətən Müharibəsində şəhid oldu - VİDEOREPORTAJ
25 Noy 2020 17:29


Xeyli sayda döyüş yoldaşını ölümdən xilas edən qəhrəman döyüşçü bu gün həyatda yoxdur.

Baku TV xəbər verir ki, 44 günlük müharibənin 15 gününü döyüşən baş leytenant qəhrəmancasına şəhid olub. 

Şəhid zabitimiz döyüş zamanı onlarla əsgərin həyatını xilas edib. Mahir tapdığı yolla ona inanan çox sayda əsgəri bir güllə yarası belə almadan təyinat nöqtəsinə çatdırıb. 

Qərib Dadaşzadə orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra 2007-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Mahir orta məktəbdə oxuyan zaman idmanla məşğul olub. İdman yarışlarında dəfələrlə medal qazanan Mahirə el arasında Tayson deyirdilər. 

Beyləqan rayonunda yaşayan Dadaşzadələr ailəsi indi qəhrəman övladları ilə fəxr edir. Mahir Aprel və Tovuz döyüşlərində də iştirak edib. 

Ermənistanın təslim olmasından cəmi bir neçə gün əvvəl Mahir döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.