“Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, dünən Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Əminəm ki, Laçın rayonu da dekabrın 1-dək Azərbaycana qaytarılacaq”.
“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, bununla da ölkəmizin ərazi bütövlüyü təmin ediləcək:
“Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan ordusuna və Azərbaycan xalqına!”
Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.
“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.