Dekabrın 1-də Azərbaycana təhvil veriləcək Laçın rayonunun sakinləri artıq ərazini tərk etməyə başlayıblar.
“RİA Novosti”nin bununla bağlı təqdim etdiyi kadrlarda erməni vandallarının evləri boşaldarkən hətta qapı-pəncərəni də sökərək maşınlara yığdıqları, özləri ilə apara bilmədiklərinə isə od vurub yandırdıqları görünür.
Qeyd edək ki, erməni barbarları Kəlbəcəri təhvil verən zaman da yanğınlar törədiblər.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.