Almaniyada Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən realpress.az-a verilən məlumata görə, Almaniyanın Düsseldorf şəhərində Şimali Reyn Vestifaliya parlamentinin binası qarşısındakı aksiya Azərbaycan ordusunun tarixi qələbəsi münasibəti ilə Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza dəstək məqsədilə keçirilib.
Aksiya Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 22 noyabr tarixində baş tutub.
Aksiya iştirakçıları təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər. Soydaşlarımız bu sevinci onlara yaşatdıqlarına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusuna minnətdarlıqlarını ifadə ediblər.
Aksiyada hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyəyə də təşəkkür edilib.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.