ÜST onlayn dərslərin uşaqların psixi sağlamlığına təsirini qiymətləndirib

ÜST onlayn dərslərin uşaqların psixi sağlamlığına təsirini qiymətləndirib
09 Dek 2020 10:02


COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ÜST-ün psixoaktiv maddələr və addiktiv davranış sahəsində mütəxəssisi Vladimir Poznyak bəyan edib.

Onun sözlərinə görə, uşaqlar və yeniyetmələr COVID-19 pandemiyasının psixososial təsirinə qarşı xüsusilə həssasdır, çünki uşaqlıq və yeniyetməlik neyrobioloji, davranış və sosial inkişafın kritik dövrləridir.

“Yeniyetməlik dövründə həmyaşıdlarla qarşılıqlı əlaqə, onların təsdiqi və təsiri xüsusilə vacibdir. Fiziki uzaqlaşdırma tədbirləri və COVID-19-un ötürülməsinin qarşısını almaq üçün tətbiq olunan qadağalar uşaqların yaşıdları ilə qarşılıqlı əlaqə qabiliyyətini azaldır, bu da onların psixoloji sağlamlığına təsir göstərə bilər”, - deyə Poznyak bildirib.

Onun sözlərinə görə, bir tərəfdən də fiziki uzaqlaşmanın bəzi mənfi təsirlərini rəqəmsal texnologiya azalda bilər.

“Gənclər, məsələn, videoçatlarda dostları ilə ünsiyyət qura və təhsillərini onlayn olaraq davam etdirə bilər, bu müddətdə evdə qalmaq valideynlər, bacı-qardaşlarla oyun və əlaqə imkanlarını genişləndirir”.

Mütəxəssis bununla belə internet üzərində sosial ünsiyyətin müəyyən risklər daşıdığını vurğulayıb.

Pozner yekunda bildirib ki, COVID-19 tərəfindən ortaya çıxan sosial qarşılıqlı dəyişikliklərin uşaqların və yeniyetmələrin inkişafına, onların psixi sağlamlığına uzunmüddətli təsiri araşdırılmalıdır.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.