Koronavirusda dadbilmə itdikdən sonra yanlış müalicələr

Koronavirusda dadbilmə itdikdən sonra yanlış müalicələr
06 Yan 2021 12:55


Koronavirusa yoluxduqdan sonra qoxu və dadbilmə hissi dəyişə, yaxud yox ola bilər. Onları bərpa etmək üçün spirt, xardal və ya istiot istifadə etməməlisiniz.

RBK-nın məlumatına görə, bu barədə Rusiyada yüksək kateqoriyalı lor həkim, tibb elmləri namizədi, LOR klinikanın rəhbəri Vladimir Zaytsev xəbərdarlıq edib.

“Bəziləri spirt, xardal, istiot istifadə edirlər, dili ovuşdurmağa çalışırlar. Bu yalnız selikli qişanı qıcıqlandırır, iltihablandırır”, - deyə o bildirib.

Həkimin sözlərinə görə, əksinə, pəhriz saxlamaq və yeməyə kəskin ədviyyatlar əlavə etməmək lazımdır.

Həmçinin, ödem əleyhinə preparatlar da kömək edir.

“Dad reseptorları ödemin təsirindən uzaqlaşır, normal işləməyə başlayır”, -  deyə Zaytsev izah edib.

Həkimlər COVID-19-dan sonra qalıcı qoxu və dad itkisi riski olduğunu bildirirlər.

Digər rusiyalı mütəxəssis, həkim-otolaringoloq İvan Leskov isə dadbilməni B, B1, B6 vitaminləri və həmçinin, tərkibində piridoksin hidroxlorid olan preparatlarla daha sürətli bərpa etməyin mümkünülüyünü vurğulayıb.

“Dadın heç vaxt qayıtmayacağı şansı da var. Bu vəziyyətdə iki həkimlə əlaqə saxlamalısınız: otorinolaringoloq (çünki iltihab qala bilər) və nevroloq. Ola bilsin ki, nevroloq vitaminlərdən əlavə, bəzi dərmanlar da tövsiyə edəcək”, - deyə həkim xəbərdarlıq edib.

Onun sözlərinə görə, koronavirus “qan damarlarını vurur” və dad-qoxu hissinin itməsi əsəb xəstəliklərinin ilk simptomu ola bilər.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.