Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə bağlı dəstək tədbirləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu günlərdə Nazirlik əməkdaşları müharibədə yaralanmış Hüseynzadə İman Vahid oğlunun ailəsini də ziyarət ediblər.
Beyləqan rayonunda yaşayan ailə İmanın özü, valideynləri, qardaşı, həyat yoldaşı və azyaşlı övladından ibarətdir. Ailənin istifadəsində əkin üçün pay torpağı var.
İmanın qardaşı müddətdən artıq hərbi qulluqçudur. Dəstək tədbiri olaraq qazinin atası növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Onun üçün proqram çərçivəsində heyvandarlıq təsərrüfatı yaradılacaq.
Qazinin özünün müalicə müddəti bitəndən sonra əlilliyi qiymətləndiriləcək və əlillik təyin olunduğu halda müvafiq sosial ödənişlər alacaq.
Ünvanlı sosial yardım proqramına dair qanunvericilik, sosial yardımın alınması üçün müraciət proseduru barədə ailəyə məlumat verilib. Qazi ailəsinin yaşayışı diqqətdə saxlanacaq.
19 yaşlı Rüstəm Qurbanov Vətən müharibəsi qazisidir. Müharibə başlayanda doqquz ayın əsgəri olan Rüstəm də torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını döyüş meydanından çıxararkən çoxsaylı qəlpə yarası alıb. Aldığı yaralara görə yerimə qabiliyyətini müvəqqəti itirsə də, Vətən yolunda döyüşdüyünə görə qürur hissi keçirir.
Gəncə şəhər sakini, 18 yaşlı şəhid Qismət Heydərov sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşüb və oktyabırın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri yayımlanıb.
İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək və torpaqlarını azad etmək istəyində nə qədər bir və həmrəy olduğunu nümayiş etdirdi. Hamı çoxdan gözlənilən qələbəyə öz töhfəsini verməyə çalışıb; bəziləri ön cəbhədə, bəziləri informasiya cəbhəsində, bəziləri də arxa cəbhədə.