Vətən müharibəsinin iştirakçısı: “Hər saniyə şəhid ola biləcəyini anlayırsan” - FOTO

Vətən müharibəsinin iştirakçısı: “Hər saniyə şəhid ola biləcəyini anlayırsan” - FOTO
11 Yan 2021 17:21


Elbrus Qəhrəmanov – onun soyadı ilə keçdiyi həyat yolu sanki bir-birilə uyğunluq təşkil edir. 

Təkcə onu demək kifayətdir ki, müharibənin başa çatmasına az qalmış, Şuşa yaxınlığında yaralanan hərbçimiz Prezidentin müvafiq sərəncamları ilə dörd medala – “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

E.Qəhrəmanovla onun cəbhə həyatının ən yaddaqalan məqamları barədə söhbət edib. 

İgid döyüşçünün sözlərinə görə, o, döyüş hazırlığını Ağcabədidə keçib, daha sonra Beyləqana, oradan da cəbhə xəttinə göndərilib:

“Bizi əvvəlcə Cəbrayıl-Hadrut-Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yolladılar. Sonra Xocavənd və Şuşa tərəfə hərəkət etdik. Noyabrın 3-də Şuşa yaxınlığında ermənilər bizi mühasirəyə aldılar. Gərgin döyüş oldu. Səkkiz nəfər şəhid oldu, beş nəfər, o cümlədən də mən yaralandım”.

E.Qəhrəmanov burada bəxtinin gətirdiyini də etiraf edir. O, hər saniyə şəhid ola biləcəyi halda, sağ qalmasını möcüzə kimi qiymətləndirir:

“Güllə sol diz qapağımdan dəymişdi. Buna baxmayaraq, döyüşü davam etdirməli oldum, çünki geri çəkilə bilməzdik. Səhər tezdən bizi və şəhidləri gəlib apardılar və tezliklə Şuşanın alınması xəbərini eşitdik”.

E.Qəhramanov döyüşlərə qayıda bilməməsinə görə təəssüfləndiyini də gizlətmir və erməni gülləsini bir xatirə kimi dizində gəzdirdiyini deyir.


21 Yan 2021
Hərbi

Vətən müharibəsinin 18 yaşlı şəhidi - VİDEO

Gəncə şəhər sakini, 18 yaşlı şəhid Qismət Heydərov sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşüb və oktyabırın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

21 Yan 2021
Hərbi

Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – FOTO/VİDEO

Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri yayımlanıb.

21 Yan 2021
Hərbi

Xüsusi təyinatlı Səxavət Salmanov: Əlilliyə baxmayaraq, yenə də cəbhəyə yollandı - FOTO/VİDEO

İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək və torpaqlarını azad etmək istəyində nə qədər bir və həmrəy olduğunu nümayiş etdirdi. Hamı çoxdan gözlənilən qələbəyə öz töhfəsini verməyə çalışıb; bəziləri ön cəbhədə, bəziləri informasiya cəbhəsində, bəziləri də arxa cəbhədə.

21 Yan 2021
Hərbi

Şuşa istiqamətində şəhid olan çavuş

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Mirzəyev Orxan Mehman oğlu 7 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

20 Yan 2021
Hərbi

Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO

2021-ci il 18-19 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 11 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən bir müraciət daxil olub.