Qazax rayonundan olan Nəbi Hüseynov Vətən müharibəsində qoçaqlığı ilə dastan yazan qəhrəmanlardandır. O, Aprel döyüşlərində də böyük şücaət göstərib.
Azərbaycan Televiziyası Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan qəhrəman şəhidimiz haqqında reportaj hazırlayıb.
Reportajda şəhid komandirin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər.
Qazax rayonundan olan digər bir şəhid Anar Nağıyev haqqında da ailə üzvləri və döyüş yoldaşları fəxrlə söz açıblar. O da Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib.
Şuşanı fəth edib qəhrəmancasına həlak olan şəhidimizin anası qeyd edib ki, övladı ilə fəxr edir.
A.Nağıyev də Nəbi Hüseynov kimi həm xidməti dövründə, həm də şəhadətindən sonra bir neçə orden və medalla təltif olunub.
Sözgedən reportajı təqdim edirik:
7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış layihəyə uyğun olaraq, Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması yekunlaşıb.
İşsizlikdən sığorta ödənişinin hesablanması qaydaları dəyişdirilir.
Son zamanlar bəzi vətəndaşlar sosial şəbəkələrdəki hesablarında xaricdən sifariş etdikləri poçt bağlamalarının uzun müddət gömrük yoxlanışında qalması, yubadılması, əsassız olaraq saxlanılması və saxlanılan bağlamalara görə yüksək məbləğdə ödənişlərin tələb olunmasına dair məlumatlar paylaşırlar. Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük orqanları fəaliyyətini vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində qurur və istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində yayımlanan bu qəbildən olan məlumatlar həqiqəti əks etdirmir.
İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin, ətraf mühitə və təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsi, bərpa planlarının dəqiqləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüş keçirilib.
Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Virtual məktəb” layihəsindən qeydiyyatdan keçən şagirdlərin çoxunun gündəlik dərslərə qoşulmaması məsələsinə aydınlıq gətirib.