Vətən müharibəsinin iştirakçısı: “Şükür Həmidov yanımızda şəhid oldu” - FOTO

Vətən müharibəsinin iştirakçısı: “Şükür Həmidov yanımızda şəhid oldu” - FOTO
12 Yan 2021 16:21


44 günlük Vətən müharibəsinin iştirakçılarından biri də Lənkəran rayonunun Səpnəkəran kəndindən olan 24 yaşlı Məcidzadə Tural Xudaverdi oğludur. 

T. Məcidzadə sentyabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsindən könüllü olaraq döyüşlərə qatılıb. O, yanvarın 10-da xidmətdən tərxis edilərək ailəsinin yanına qayıdıb. Qəhrəmanımız bu müddət ərzində keçdiyi döyüş yolu barədə saytımıza danışıb.

T. Məcidzadə müharibədə kəşfiyyat bölüyündə xidmət etdiyini bildirir: “Oktyabrın 2-dən Füzuli rayonu uğrunda döyüşlərə qatılmışam. Daha sonra Cəbrayıl, Qubadlı rayonu uğrunda döyüşlərdə də iştirak etmişəm. Ali Baş Komandanın sərəncamına uyğun olaraq, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişəm.

Müharibə bitdikdən sonra Şuşa şəhərində və Xocavənddə xidmət etmişəm. Döyüşlərdə yüngül xəsarətlər almışam. Ağır yaralı olmadığıma görə döyüşlərə davam etmişəm”. 

T. Məcidzadə Qubadlının azad edilməsi uğrunda şəhid Milli Qəhrəmanımız Şükür Həmidovla birgə döyüşdüyünü bildirib: “Şükür Həmidov bizim yanımızda şəhid oldu. Biz tapşırığa əsasən Mahmudlu kəndində mühüm təpənin alınması uğrunda hücuma keçəcəkdik. Bu zaman Şükür Həmidov erməni mərmisindən şəhid oldu. Onun nəşini əsgər yoldaşlarımızla birgə götürüb aidiyyəti üzrə təhvil vermişik. Həmin döyüşdə digər şəhidlərimiz, yaralılarımız oldu. Ancaq buna baxmayaraq biz o təpəni ala bildik. Çünki həmin təpəni götürəndən sonra digər ərazilərə nəzarət edə bilərdik. Cəbrayılda “Avtovağzal” adlanan ərazidə döyüşə girmişdik. Ermənilər üç istiqamətdə hücuma keçmişdi. Biz onların qarşısını aldıq”. 

T. Məcidzadə ailəlidir və 11 aylıq körpəsi var. Ailəli olmasına baxmayaraq döyüşlərə qatılmağın onun üçün şərəf məsələsi olduğunu vurğulayıb: “Mən 2016-cı ilin aprel döyüşlərində də Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində iştirak etmişəm. Daha sonra isə Goranboy və Tərtər istiqamətində döyüşmüşəm. Hazırda isə ən böyük arzum daxili işlər orqanlarında fəaliyyətimi polis kimi davam etdirməkdir”.


16 Yan 2021
Hərbi

35 gün düşmən əsirliyində qalan zabit: “Erməni həkim ayağımı kəsəndə özümdə deyildim” - MÜSAHİBƏ + FOTO

“Döyüş zamanı qarşımızda tank əleyhinə mina partladı. Ağır yaralandım. Düşmən dayanmadan atəş açırdı deyə, silah yoldaşlarımız bizi çətinliklə döyüş meydanından kənara çıxara bildi. Tez-tez huşum özümdən gedirdi. Xatırlayıram ki, məni Şuşa yaxınlığında meşənin içərisində qoydular və kömək gətirməyə getdilər. Gecə idi, meşənin də ucu-bucağı yox. Yoldaşlarım yerimi itirdilər. Beş gün ac-susuz meşədə yaralı qaldım və növbəti gün ermənilər məni tapdı”.

16 Yan 2021
Hərbi

Daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTO

Vətən müharibəsində itkin düşmüş daha bir əsgərin, Saatlı rayonunun Azadkənd kəndindən Ələm Sərvər oğlu Hüseynovun şəhid olduğu müəyyənləşib.

16 Yan 2021
Hərbi

“Meşədə altı-yeddi metr qalınlığında beton divarları olan düşmən istehkamları var idi” - MÜSAHİBƏ

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlar arasında 24 yaşlı Bakı sakini Rövşən Mehdiyev də olub.

15 Yan 2021
Hərbi

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə tariximizin şanlı qəhrəmanlıq səhifəsinə çevrilən 2020-ci il sosial sahədə mühüm sosial proqramların daha da genişləndiyi bir il kimi yadda qalıb. 

15 Yan 2021
Hərbi

Komissiya Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunu davam etdirir

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.