Qarabağ veteranı: “Mənim üçün bu, 30 illik bir müharibə idi” - FOTO

Qarabağ veteranı: “Mənim üçün bu, 30 illik bir müharibə idi” - FOTO
12 Yan 2021 16:49


“Mənim üçün bu Birinci və İkinci Qarabağ müharibəsi deyildi, 30 illik bir müharibə idi”. Veteran döyüşçü Roqday Qarayev söhbətinə məhz bu sözlərlə başladı.

Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində iştirak etmiş R.Qarayev onun üçün müharibənin ötən əsrin 90-cı illərdə başladığını və 2020-ci ildə Azərbaycanın qələbəsilə bitdiyini deyir:

“Müasir döyüşləri 90-cı illərdəki savaşla müqayisə etsək, ilk növbədə üslub və taktika dəyişikliklərini qeyd etməliyəm. Məhz bu səbəbdən biz üstünlük qazandıq və düşməndən bir neçə addım irəlidə ola bildik. Bəziləri hesab edir ki, biz 90-ci illərdə müharibəni uduzduq. Lakin bu belə deyil. Biz sadəcə döyüşü uduzduq. Çünki bizim silahımız və canlı qüvvəmiz çatışmırdı. İndi bizim böyük ordumuz var. Hərbi komissarlıqların qarşısında toplaşaraq, döyüşlərə könüllü şəkildə qatılmaq istəyən çox sayda insanlarımız var idi. Bu vətənpərvərlikdir. Azərbaycan artıq o zaman qələbə qazanmışdı. Bəzən biz şikayət edirik ki, gənclərimiz heç nə bacarmırlar. Amma onlar əksini sübut etdilər. Gənclərimiz, bizim qəhrəmanlarımız vətənimiz və gələcəyimiz uğrunda döyüşə atıldılar”.

Qarabağ veteranı ermənilərin öz uydurduğu nağıllara həvəslə inandığını da qeyd edir. Bunun səbəbi isə valideynlərdən başlayaraq hökumətə qədər davam edən yalançı təbliğatdır:

“Ermənilər inanırlar ki, yer üzündə dinozavrlardan sonra bu torpaqlarda ilk məskunlaşan insanlar məhz onlar olublar. Özü də bu tipli iddialara çox ciddi yanaşırlar. Buna görə də, döyüşlərə yüksək motivasiya ilə qatılırdılar”.

R.Qarayev Ermənistan silahlı qüvvələrinin minaatan bölmələrinin və zirehli texnikasının daha hazırlıqlı olmasını bildirib. Veteran döyüşçünün sözlərinə görə, ermənilərin kifayət qədər döyüşqabiliyyətli ordusu var idi. Lakin bizim düzgün taktikamız və atəş nöqtələrinin susdurulmasında müasir üsullardan istifadə etməyimiz qələbəmizi təmin etdi.


21 Yan 2021
Hərbi

Qazi anası: “7-ci mərtəbədə kirayədə qalırıq, oğlumu araba ilə qaldırıb-düşürə bilmirik” - FOTO

19 yaşlı Rüstəm Qurbanov Vətən müharibəsi qazisidir. Müharibə başlayanda doqquz ayın əsgəri olan Rüstəm də torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını döyüş meydanından çıxararkən çoxsaylı qəlpə yarası alıb. Aldığı yaralara görə yerimə qabiliyyətini müvəqqəti itirsə də, Vətən yolunda döyüşdüyünə görə qürur hissi keçirir. 

21 Yan 2021
Hərbi

Vətən müharibəsinin 18 yaşlı şəhidi - VİDEO

Gəncə şəhər sakini, 18 yaşlı şəhid Qismət Heydərov sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşüb və oktyabırın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

21 Yan 2021
Hərbi

Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – FOTO/VİDEO

Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri yayımlanıb.

21 Yan 2021
Hərbi

Xüsusi təyinatlı Səxavət Salmanov: Əlilliyə baxmayaraq, yenə də cəbhəyə yollandı - FOTO/VİDEO

İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək və torpaqlarını azad etmək istəyində nə qədər bir və həmrəy olduğunu nümayiş etdirdi. Hamı çoxdan gözlənilən qələbəyə öz töhfəsini verməyə çalışıb; bəziləri ön cəbhədə, bəziləri informasiya cəbhəsində, bəziləri də arxa cəbhədə.

21 Yan 2021
Hərbi

Şuşa istiqamətində şəhid olan çavuş

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Mirzəyev Orxan Mehman oğlu 7 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.