Azərbaycanda koronavirusa (COVID-19) 519 yeni yoluxma faktı qeydə alınıb, 1 276 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 15 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 11 607 nəfərdir.
Ölkədə son sutka ərzində 7 898, hazırkı dövrədək isə 2 279 907 test aparılıb.
Ümumi ölənlərin sayı 2 941 nəfərdir.
Ümumi yoluxanların sayı 225 346 nəfər, ümumi sağalanların sayı 210 798 nəfərdir.
Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.