Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı məktubu ünvanlayıb.
“Hörmətli cənab Prezident,
Cakarta şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”
1990-cı ilin Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri oldu.
Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı paylaşım edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar günü münasibətilə sosial media hesabında paylaşım edib.
Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşən “AzerFloat” şirkətinin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı zavodunun açılışı olub.