Azərbaycanda koronavirusa (COVID-19) 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 16 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 10 743 nəfərdir.
Ölkədə son sutka ərzində 8 052, hazırkı dövrədək isə 2 287 959 test aparılıb.
Ümumi ölənlərin sayı 2 957 nəfərdir.
Ümumi yoluxanların sayı 225 820 nəfər, ümumi sağalanların sayı 212 120 nəfərdir.
Son günlərdə bəzi Avropa ölkələrində koronavirus xəstələrinin karantin qaydalarını pozmasının qarşısını almaq məqsədilə yeni texnoloji vasitələrdən istifadə edilir. Bu yoluxma sayında artım dinamikasının azalmasına təsir göstərib.
Yanvarın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.
“Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik”.
7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış layihəyə uyğun olaraq, Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması yekunlaşıb.