Azərbaycan Ordusunun şəhid olmuş əsgəri İkram Məmmədov dəfn edilib.
Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlunun nəşi Xaçmaz rayonuna gətirilib. Şəhid doğulduğu Çiləgir kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
10:08
Vətən müharibəsində itkin düşən daha bir hərbçinin şəhid olması xəbəri gəlib.
Ötən ilin iyul ayının 13-də həqiqi hərbi xidmətə yollanan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddət xəbər olmayıb. O, sonuncu dəfə oktyabrın 9-da evə zəng vurub, döyüşə gedəcəklərini bildirib.
İ.Məmmədov və bir neçə silahdaşı oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
İ.Məmmədov bu gün doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Çiləgir kəndində dəfn olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizin ehtiyacı olanlarına 600-dən çox reabilitasiya vasitəsi verilib.
Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən videogörüntülər yayıb.
Vətən müharibəsində xalqımızın neçə-neçə igid oğlu özqəhrəmanlığı ilə yadda qaldı. Onlardan biri də Mirzəyev Teymur Nəsimi oğludur.