Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinin koronavirus əleyhinə kütləvi vaksinasiyasına başlanılması barədə göstəriş verib.
“RİA novosti” xəbər verir ki, dövlət başçısı hökumətə müvafiq infrastrukturun hazırlanmasını tapşırıb.
Rusiyada hər kəs dekabr ayından etibarən “Sputnuk 18” peyvəndi vurdurmaq imkanı qazanıb. Bu vaksin yalnız yaşı 18-dən yuxarı olan və son bir ay ərzində kəskin respirator viruslu infeksion xəstəliklər keçirməyənlərə vurulur. Hamilə qadınlar üçün vaksin əks göstərişlidir.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.