Mədəniyyət Nazirliyinin “Azərbaycanfilm” kinostudiyasının “Salnamə” film studiyası İkinci Qarabağ müharibəsinə aid “Vətən müharibəsi” adlı tammetrajli (52 dəqiqə) sənədli filmin istehsalı üçün çəkiliş avadanlıqların icarəyə götürülməsi və xidmətlərin göstərilməsi üçün iki kotirovka sorğusu elan edib.
Sorğularda iştirak etmək istəyənlər təkliflərini yanvarın 18-i, saat 11:00-a qədər studiyanın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 1 ünvanına təqdim edə bilərlər.
Telefon: (070) 215-82-15.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.