Qazilərimizə Milli Paralimpiya Komitəsindən müraciət

Qazilərimizə Milli Paralimpiya Komitəsindən müraciət
14 Yan 2021 17:00


“Döyüş meydanında zəfər qazanmış qazilərimiz bundan sonrada idman arenalarında öz qələbələri ilə Azərbaycan xalqını sevindirəcəklər”.

Bunu realpress.az-a Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

O, Vətən müharibəsində qazı olmuş idmançılara müraciət edərək Paralimpiya hərəkatına qoşulmağa dəvət edib:

“Müharibə ilə bağlı əlilliyi olan şəxslər bu günə qədər də bizim paralimpiya və milli komandalarımızın tərkibində iştirak edirlər. Onlar bir idmançı kimi Azərbaycanı beynəlxalq arenada çox ciddi şəkildə və böyük uğurla təmsil edirlər. Onların sırasında mən əfsanəvi idmançımız, ikiqat paralimpiya çempionu, Qarabağ qazisi İlham Zəkiyevi qeyd etmək istərdim. İlham Zəkiyevlə yanaşı güllə atıcılığı idman növü üzrə komandanın baş məşqçisi Əkbər Muradov, həmin komandanın üzvü Elşən Cəbiyev, kamandan oxatma üzrə milli komandanın baş məşqçisi İlqar Abbasov kimi Qarabağ müharibəsi qazilərimiz var.

Bu gün də həmin sağlamlıq imkanları məhdud olan qazilərimiz beynəlxalq arenada ölkəmizi təmsil edərək yenə də Azərbaycan bayrağını dalğalandıra bilərlər. Bu Paralimpiya Komitəsinin təklif etdiyi bir uğur yoludur. Bu yol ondan ibarətdir ki, qazilərimiz, baxmayaraq ki, fiziki məhdudiyyətlidirlər, onlar bundan sonra da Azərbaycanı layiqincə təmsil edə bilərlər. Bundan sonra döyüş meydanında yox, məhz idman arenalarında, beynəlxalq yarışlarda, Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edərək yenə də Azərbaycan bayrağını yüksəyə qaldıra bilərlər.

Fürsətdən istifadə edərək mən sağlamlıq imkanlarını itirmiş qazilərimizə müraciət edirəm ki, onlar Paralimpiya hərəkatına qoşulsunlar. Paralimpiya Komitəsinin qapıları sizin üçün açıqdır. Bizim 17-dən çox idman növümüz var, həmin o idman növlərində sizləri sınaya bilərik və siz özünüzü təsdiq edərək yenə də böyük qələbələrə imza ata bilərsiniz. Ona görə də biz müraciət edərək sizi dəvət edirik, bizim sıralarımıza qoşulun və Azərbaycanı qəhrəmancasına təmsil etməyə davam edin. Əminəm ki, yaxın gələcəkdə döyüş zamanı dalğalandırdığınız şanlı bayrağımızı həm də işğaldan azad edilmiş torpaqlarımızda keçiriləcək mötəbər yarışlarda zirvələrə ucaldacaqsınız!”

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.