“Biz qərara gəldik ki, ICESCO-nun Azərbaycanda regional mərkəzini açaq. Bu məsələyə Prezident İlham Əliyev tərəfindən də böyük diqqət göstərilib”.
bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, bu il ərzində Azərbaycanda ICESCO-nun regional mərkəzi açılacaq.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.