Avropa Gimnastikasının prezidenti İdman Akademiyasının qonağı oldu - VİDEO

Avropa Gimnastikasının prezidenti İdman Akademiyasının qonağı oldu - VİDEO
14 Yan 2021 18:01


Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov və bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariana Vasilyeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) olublar.

ADBTİA-dan realpress.az-a verilən məlumata görə, onlar tanışlıq məqsədilə akademiyanın nəzdində fəaliyyət göstərən Multimedia Mərkəzinə gələrək burada yaradılan şəraiti əyani görüblər.

Akademiyanın Tədris və Elmi İşlər üzrə prorektoru Təhminə Tağızadə və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov qonaqlara məlumat verərək bildiriblər ki, mərkəzdə ən son avadanlıqlarla təchiz edilən radio sistemi, o cümlədən TV layihələrin hazırlanması üçün studiyalar yaradılıb. Həmin studiyalar bütün zəruri texniki avadanlıqlarla təmin edilib. Qonaqlar ASAPES TV-yə müsahibəsində Multimedianın işini yüksək qiymətləndirirək, buranı ölkə üzrə nümunəvi mərkəz adlandırıblar.

Onların fikirlərini təqdim edirik:

Fərid Qayıbov: “Təhsil ocağı üçün, hansısa bir təşkilat üçün belə bir studiyanın olması bizim ölkəmiz üçün yenilik olsa da, eyni zamanda idman dilində danışsaq, kiçik bir qələbədir... Müasir radiolarda olan avadanlıq, studiyanın özünü, avadanlıqları gördük və sizin kimi mütəxəssislərlə tanış olduq. Hər şey ən yüksək səviyyədə təşkil olunub. Mən sizə işlərinizdə uğurlar arzu edirəm və inanıram ki, uğur də gələcək. Sizin, təhsil ocağının bir strategiyası var və bu strategiyanın ərsəyə gəlməsində rəhbərlik böyük işlər görür, çalışır”.

Mariana Vasilyeva: “Dünya irəliləyir və siz də eyni zamanda irəliləyirsiniz. Bu çox yaxşıdır. Bu gün Multimedia Mərkəzində gördüklərim ən yüksək səviyyədədir, bu bir yenilikdir. Bu yenilik münasibətilə sizi təbrik edirəm, çoxsaylı müsahibələr və tədbirlər arzulayıram”.

 


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.