Koronavirusdan sağalanlar da peyvənd olunmalıdırmı? AÇIQLAMA

Koronavirusdan sağalanlar da peyvənd olunmalıdırmı? AÇIQLAMA
15 Yan 2021 16:06


Koronavirusdan sağalanlar da vaksinasiyadan keçməlidirlər. Lakin ilk peyvənddən sonra neytrallaşdırıcı anticismlər 1:3200 və daha yüksək səviyyədədirsə, bu artıq kifayətdir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib.

“Səhiyyə Nazirliyinin “Yeni bir növ koronavirus infeksiyasının profilaktikası, diaqnozu və müalicəsi üçün müvəqqəti metodiki tövsiyələr” adlı sənəddə göstərilən rəsmi bir mövqeyi var. Orada aydın şəkildə yazılıb ki, lazım deyil (koronovirus keçirənlərin peyvənd vurdurması– red.). Mən bununla razı deyiləm. Mən (xəstəlikdən sağalanlar üçün vaksinasiyanın-red.) lazım olduğu mövqeyinə sadiqəm”, - deyə o, vurğulayıb.

Eyni zamanda mütəxəssis, xəstəlik keçirənlərin ilk peyvənddən sonra anticism səviyyəsini ölçmələrini tövsiyə etdi.

“Bu mümkün deyilsə, ikinci dəfə peyvənd oluna bilərsiniz”, - deyə Mərkəzinin direktoru əlavə edib.

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.