Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan qaçaqmalçılıq yolu ilə ölkəyə xeyli sayda silah-sursat keçirən qrupu ifşa edib.
Bu barədə Ermənistan MTX-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət planı İrəvan sakini tərəfindən hazırlanıb.
O, bir qrup şəxslə əlbir olaraq qanunsuz şəkildə əldə etdiyi avtomatları İrəvanda yerləşən mənzilinə aparıb.
Həmin şəxs əldə etdiyi silahları 500-600 ABŞ dollarına satmağa hazırlaşıb. Axtarış zamanı avtomatlar, güllələr və digər döyüş sursatları onun mənzilində aşkarlanıb.
Daha sonra Syünik vilayətinin Tex kəndində İrəvana qanunsuz daşınma və satış üçün nəzərdə tutulmuş silahların saxlanıldığı anbarlar tapılıb.
Ümumilikdə 43 “Kalaşnikov” avtomatı, 280 ədəd 7.62 mm-lik patron, 23 qutu 5.45 mm-lik patron, optik nişangahlar, bir ədəd qumbara və digər silah-sursat aşkarlanıb.
Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir.
Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.