Baş infeksionist COVID-19 əleyhinə peyvəndin əks göstərişlərindən və risklərindən danışdı - MÜSAHİBƏ

Baş infeksionist COVID-19 əleyhinə peyvəndin əks göstərişlərindən və risklərindən danışdı - MÜSAHİBƏ
16 Yan 2021 13:07


Dünyada koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində artıq bir sıra ölkələrdə vaksinasiyaya başlanılıb. Azərbaycan koronavirusa qarşı peyvənd tədarükü üçün müqavilələr imzalayıb və ilk partiyaların yanvarda çatdırılması gözlənilir.

Baxmayaraq ki, günümüzdə peyvəndedilmə mövcud epidemioloji vəziyyətdən yeganə çıxış yolu hesab edilir, bəzi vətəndaşlar, yumşaq desək, COVID-19 peyvəndini xoş qarşılamırlar. Bəziləri ümumiyyətlə bunun demək olar ki, bütün bəşəriyyətin ölümünə  bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovla söhbətləşib.

- Koronavirus son vaxtlar sürətlə mutasiya edir. Bu vəziyyətdə yaradılan peyvəndlər təsirli sayıla bilərmi?

- Pandemiya zamanı mutasiyalar qaçılmazdır. Buna görə də alimlər əhəmiyyətli mutasiyaların qarşısını almaq üçün ən qısa müddətdə əhalinin kütləvi peyvənd edilməli olduğu qənaətinə gəliblər. Bu yolla epidemiya zəncirinin qırılması mümkün olacaq ki, bu da kollektiv immunitetin inkişafına və yoluxmuşların sayının minimuma endirilməsinə gətirib çıxaracaq.

- Ancaq çox insan peyvənddən qorxur, peyvənd nə qədər təhlükəsizdir?

- Yeni peyvəndlərin təhlükəsizliyi üç mərhələli klinik sınaqda qiymətləndirilir. Üçüncü test mərhələsinin ilkin nəticələrinə görə, təsdiq olunmuş peyvəndlərin kifayət qədər təhlükəsizliyi məlum olub. Bundan əlavə, kütləvi peyvəndləmə dövründə təhlükəsizlik məsələsi diqqət mərkəzində olacaq, hər bir fərdi hal diqqətlə araşdırılacaq.

- Peyvəndin əks göstərişləri və mümkün riskləri barədə qısa məlumat verərdiniz.

- Peyvənd zamanı yüngül lokal və ümumi reaksiyalar ola bilər. Birincisi, inyeksiya yerində mümkün ağrı, qızartı, şişkinlikdir. Ümumi reaksiyalar- hərarət, halsızlıq, zəiflik, əzələ ağrısı və sairdir. Heç biri həyati təhlükə yaratmır və çox tez keçir.

Ən təhlükəlisi isə peyvəndə və onun tərkib hissələrinə mümkün allergik (anafilaktik) reaksiya ola bilər. Ancaq bu, çox nadir hallarda olur. Bu baş verərsə, peyvənd edən tibbi heyət dərhal ilk tibbi yardımı göstərəcək.

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.