Millimizin slovak və yunanlara qarşı heyəti açıqlandı

Millimizin slovak və yunanlara qarşı heyəti açıqlandı
18 Yan 2021 10:07


Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Yanvarın 18-dən 30-dək Bakıda hazırlıq keçəcək yığmanın düşərgəsinə 20 futzalçı dəvət olunub.

Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da Bakıda Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstanla qarşılaşacaq.

Millimizin heyəti: Ramiz Çovdarov, Rövşən Hüseynli, Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, Hadi Əhmədi, Əmir Şocae, Fineo De Araujo (hamısı “Araz”), Emin Kürdov, Tofiq Mikayılov, Samir Həmzəyev (hər üçü EKOL), Oqtay Rüstəmli, Oruc Bəxşəlizadə, Kənan Manafov (hər üçü “Neftçi”), Nihad İsmayılov, Oliveyra Vilyams (hər ikisi klubsuz), Eduardo Borqes (“Hale Qooyk”, Belçika), Everton Kardozo (“Levante”, İspaniya), Rafael Vilela (“Palma Futzal”, İspaniya), Teles Martins Tyaqo (“Salines”, Bosniya və Herseqovina).

Qeyd edək ki, Oliveyra Vilyams, Eduardo Borqes, Everton Kardozo, Teles Martin Tyaqo və Rafael Vilela komandaya yanvarın 23-dən sonra qoşulacaq.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.