Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi açıqlanıb

Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi açıqlanıb
18 Yan 2021 14:20


2020-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 4 milyard 161 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin dəyəri əvvəlki ilin göstəricilərinə nisbətən 7,7 faiz azalıb.

realpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən il Azərbaycandan Türkiyəyə 2 milyard 598 milyon dollar dəyərindən məhsul ixrac edilib. 2019-cu ilin göstəricilərinə nəzərən ixrac həcminin dəyəri 9,3 faiz azalıb.

Eləcə də, Türkiyədən Azərbaycana 1 milyard 563 milyon dollar dəyərində məhsul idxal edilib. İdxal həcminin dəyəri əvvəlki ilə nisbətən 5,1 faiz azalıb.

2020-ci ildə Azərbaycanla ümumi ticarət dövriyyəsində Türkiyənin payı 13,54 faiz təşkil edib. Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə İtaliyadan sonra ən çox ticarət əməliyyatları həyata keçirdiyimiz ikinci ölkə olub.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.