Azərbaycanda sulfat turşusu istehsal ediləcək - VİDEO

Azərbaycanda sulfat turşusu istehsal ediləcək - VİDEO
19 Yan 2021 13:03


Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bunun bariz nümunəsi kimi Sumqayıt Kimya Sənaye Parkında Prezident İlham Əliyevin təməlini qoyduğu sulfat turşusu istehsalı zavodunu nümunə göstərmək olar. 

“Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. 

Zavod ümumilikdə 1.5 hektar ərazini əhatə edəcək. Burada istehsal olunan sulfat turşusundan təbii mineral gübrələrin istehsalında, eyni zamanda neft və metallurgiya sənayesində istifadə olunacaq. Məhsullar “Made in Azerbaijan” brendi ilə həm daxili, həm də xarici bazara tədarük olunacaq.

 “Azərsulfat” MMC-nin direktoru Emin Quliyev bildirib ki, bu layihə üçün investisiya həcmi 10 milyon manat planlaşdırılıb: “İllik 20 min ton istehsal gücünə malik zavodun tikintisinə start verilib. Bizim məqsədimiz Azərbaycanda yerli bazarı tam nəzarətdə saxlamaqdır. Digər mərhələ üçün turşunu Gürcüstana və Rusiyaya ixracı planlaşdırılır”. 

Qeyd edək ki, Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkı – Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulan və açılışı edilən müəssisələrin timsalında əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilir.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.